Aygün Kazımova baş geyimi ilə diqqət çəkdi - (Video)

30 İyun 2026 14:21

Xalq artisti Aygün Kazımova ADA Universitetinin məzun gecəsində səhnəyə çıxaraq həm performansı, həm də seçdiyi fərqli obrazı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, pop ulduz tədbir üçün xüsusi hazırladığı səhnə geyimi və qeyri-adi baş aksesuarı ilə izləyicilərin marağına səbəb olub. Onun fərqli üslubu qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub.

Kazımova gecədə səsləndirdiyi məşhur hitləri ilə məzunlara unudulmaz anlar yaşadıb. İştirakçılar sənətçinin çıxışını alqışlarla qarşılayıb, tədbirdən görüntülər isə internetdə sürətlə yayılıb.

Uzun illərdir məzun gecələrinin ən çox dəvət alan sənətçilərindən biri olan Xalq artisti bu il də tələbələrin sevimli ifaçılarından biri olduğunu təsdiqləyib.

Sosial media istifadəçilərinin bir qismi Aygün Kazımovanın səhnə obrazını və enerjili çıxışını yüksək qiymətləndirib, digərləri isə onun baş geyimi və görünüşü ətrafında müxtəlif fikirlər səsləndiriblər. Paylaşılan görüntülər qısa zamanda geniş baxış toplayaraq müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)