Rəqsanənin qızı adını dəyişdirdi - (Foto)

30 İyun 2026 12:13

Müğənni Rəqsanə İsmayılovaın kiçik qızı adında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, sənətçinin qızı bundan sonra "Yağmur" deyil, "Yana" adı ilə tanınacaq. O, yeni adını rəsmi şəkildə qeydiyyatdan keçirərək sənədləşdirib.

Bu xəbər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında maraq doğurub. İzləyicilərin bir qismi yeni adı bəyəndiyini bildirərkən, digərləri dəyişikliklə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov daha əvvəl sənətçinin qızları Aysun və Yağmura öz soyadını verib.

Beləliklə, Rəqsanə İsmayılovanın qızının adını dəyişməsi də sosial şəbəkələrdə müzakirə olunan mövzulardan birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)