Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb

30 İyun 2026 12:12

Göyçayda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində baş verib. "VAZ-2106" markalı avtomobil "KİA" markalı nəqliyyat vasitəsi ilə toqquşub, daha sonra avtomobil su kanalına düşüb.

Hazırda avtomobilin kanaldan çıxarılması istiqamətində tədbirlər görülür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)