Rusiyanın Ukraynanın Xarkov şəhərinə həyata keçirdiyi hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub.
Milli.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri zamanı həyatını itirib.
Qeyd edilib ki, son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivliyi xeyli artıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)