Axtarışda olan 205 nəfər saxlanılıb

30 İyun 2026 10:38

İyunun 29-da ölkə ərazisində qeydə alınmış 39 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb, əvvəlki dövrlərdən bağlı qalan daha 12 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 205 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 178 nəfəri borclu şəxs qismində axtarışda olub.

Hesabat dövründə narkotiklərlə bağlı 16 fakt, qanunsuz silah-sursatın saxlanılması və aşkarlanması ilə əlaqədar isə 10 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)