Aktrisa Pərvin Abıyeva canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi uzun illərdir sağlam həyat tərzinə sadiq qaldığını, pis vərdişlərdən uzaq olduğunu və idmanı həyatının ayrılmaz hissəsinə çevirdiyini bildirib. O, sağlam yaşam tərzinin həm fiziki, həm də mənəvi baxımdan insan həyatına müsbət təsir göstərdiyini vurğulayıb.
Pərvin Abıyeva qeyd edib ki, sosial şəbəkələrdə paylaşdığı idman və sağlam qidalanma ilə bağlı məzmun sayəsində çoxsaylı izləyicisinə motivasiya verib. Aktrisa hesab edir ki, Azərbaycanda qadınlar arasında fitnesə marağın artmasında onun da əhəmiyyətli rolu olub: "Qadınlarda əzələ çıxarmaq mədəniyyətini mən gətirmişəm".
Bu iddialı açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aktrisanın sağlam həyat tərzinə sadiqliyini yüksək qiymətləndiriblər. Digərləri isə onun səsləndirdiyi fikirlərlə razılaşmayaraq müxtəlif rəylər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)