Məşhur türk serialının aktrisası: "Şükürlər olsun ki, ərim mənə xəyanət edib" - (Video)

1 İyul 2026 17:02

"Fatmagülün Suçu Ne?" serialındakı obrazı ilə Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan məşhur türkiyəli aktrisa Esra Dermancıoğlu açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, aktrisanın şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dermancıoğlu keçmiş həyat yoldaşının ona xəyanət etməsinin həyatında mühüm dönüş nöqtəsi olduğunu bildirib.

Onun, "Şükürlər olsun ki, həyat yoldaşım mənə xəyanət etdi. Bunun sayəsində çox gözəl bir karyeram oldu", sözləri qısa zamanda sosial media platformalarında yayılıb və istifadəçilər arasında fərqli reaksiyalar doğurub.

İzləyicilərin bir qismi aktrisanın yaşadığı çətinliyi uğura çevirməsini təqdir etsə də, digərləri onun bu fikirlərini maraqlı və gözlənilməz etiraf kimi qiymətləndiriblər.

Qeyd edək ki, Esra Dermancıoğlu "Fatmagülün Suçu Ne?" serialındakı performansı ilə geniş tamaşaçı sevgisi qazanıb və sonrakı illərdə də bir sıra uğurlu layihələrdə rol alaraq karyerasını davam etdirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)