Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var

30 İyun 2026 03:05

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1994-cü il təvəllüdü E. İslamov, 1995-ci il təvəllüdlü Ş. İslamova və da bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)