Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub

30 İyun 2026 01:33

Futbol üzrə dünya çempionatında Braziliya və Yaponiya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az xəbər verir ki, "sambaçılar"ın heyətində Kazemiro oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, yarımmüdafiəçi görüşdə (2:1) komandasının bərabərlik qolunu vurub./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)