Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)

30 İyun 2026 00:02

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilir.

Milli.Az xəbər verir ki, Pley-off mərhələsində Braziliya və Yaponiya milliləri üz-üzə gəlib.

İlk hissədə 0:1 hesabı ilə geri düşən Braziliya yığması ikinci hissədə 2 qol vuraraq 1/8 finala adını yazıdırmağı bacarıb.

Qeyd edək ki, Braziliya növbəti mərhələdə Norveç-Fil Dişi Sahili yığmalarının qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
21:00. Braziliya - Yaponiya 2:1

Qollar: Kasemiro, 56, Martinelli, 90+6 - Sano, 29