Bakıda qadın evinin həyətində ölü tapıldı

29 İyun 2026 23:00

Bakıda evdən qadın meyiti tapılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ülviyyə Qərib qızı Qədirlinin meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)