“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı

29 İyun 2026 22:35

Türkiyəli komediyaçı Deniz Göktaşın stand-up çıxışında "Qurani-Kərim" və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Göktaş müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında bu sözləri deyib:

"İlk üç kitab yaxşı idi, dördüncüdə tərcümə zəifdir. Dörd kitab arasında məncə ən yaxşısı odur. 600-cü illərdə iddialı bir çıxış idi. Yazan üçün də çox çətin olub, ağlına yeni fikir gəlsə də, axı son kitab dedik".

Məlumata görə, dini dəyərləri açıq şəkildə təhqir etdiyi iddiası ilə Deniz Göktaş barəsində istintaq araşdırmasına başlanılıb.

Bildirilib ki, komediyaçı barəsində ölkədən qaçdığı ilə bağlı xəbərlər yayılıb.

O isə "X" hesabından iddiaları yalanlayıb:

"İşlərim bitən kimi dostlarımın yanına istirahətə gəldim. Bunu kəşfiyyat xəbəri kimi paylaşanlar iyunun 22-də yüksək məbləğdə ödənişli hərbi xidmət haqqı ödədiyimi də görə bilərlər. Deməli, uzun illər ölkədə olacağam. Əgər Türkiyədə olmağımı tələb edən hər hansı vəziyyət yaranarsa, ilk reyslə geri qayıdacağam"./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)