"Mançester Siti" yeni baş məşqçisini açıqladı

29 İyun 2026 18:33

"Mançester Siti" klubu Enzo Mareskanı komandanın yeni baş məşqçisi təyin edib.

Milli.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi məlumat yayıb. İtaliyalı mütəxəssislə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mareska 2022-2023-cü illərdə Xosep Qvardiolanın məşqçilər korpusunda yer alıb, həmçinin əvvəllər klubun gənclər komandalarında da fəaliyyət göstərib.

Xatırladaq ki, Enzo Mareskanın son olaraq "Çelsi" klubunu çalışdırıb. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)