Bakıda 4 yaşlı uşaq 5-ci mərtəbədən düşərək öldü

29 İyun 2026 17:13

Bakıda 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Məlumata görə, 15 mərtəbəli binaların birinin 5-ci mərtəbəsində yaşayan 2022-ci il təvəllüdlü M.H. pəncərədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)