Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

29 İyun 2026 15:27

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti aşkarlanıb.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb.

Bildirilib ki, 14 yaşlı yeniyetmə dünəndən itkin düşmüşdü. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)