Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir

29 İyun 2026 13:34

Ağdam rayonunda 14 yaşlı yeniyetmə velosiped qəzası nəticəsində ağır xəsarət alıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Məlumata görə, 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən idarəetməni itirib və yıxılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ilkin olaraq Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirdikləri üçün daha ixtisaslaşmış tibbi yardım alması məqsədilə Bakıya göndəriblər.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)