Rusiya Müdafiə Nazirliyi: Bir gündə 400-dən çox PUA vurulub

29 İyun 2026 13:20

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə 400-dən çox Ukrayna PUA-sını vurub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hava hücumundan müdafiə sistemləri 12 idarə olunan hava bombası və 415 pilotsuz uçuş aparatını vurub", - deyə açıqlamada bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)