Pirşağıda qadın dənizdə boğularaq öldü

29 İyun 2026 13:09

Bakıda daha bir nəfər dənizdə batıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)