Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

29 İyun 2026 12:04

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)