Sürücülük hüququ olmayan şəxsin narkotik istifadə etdiyi müəyyən olunub

29 İyun 2026 11:50

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevretmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S. Səmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

Araşdırma zamanı hərəkətləri şübhə doğuran S.Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi müəyyən olunub. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən S. Səmədov 17 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərə qarşı daha kəsərli tədbirlər görüləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)