Saatlıda qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib - (Foto)

29 İyun 2026 09:39

Saatlıda 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və onun həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan ümumilikdə 8 kiloqrama yaxın heroin və marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)