Şəmkirdə 69 yaşlı qadın evində ölü tapılıb

29 İyun 2026 09:25

Şəmkirdə evdə 69 yaşlı qadının meyiti aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü X.Gözəlovanın meyiti yaşadığı evdə tapılıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Qadının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)