Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, hazırda aşağıdakı yollarda tıxac müşahidə olunur:
1-ci Gölkənarı yolu - Ziya Bünyadov prospekti istiqamətində;
Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metro stansiyası istiqamətində;
Binəqədi şosesi - "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospekti - "20 Yanvar" metro stansiyasından şəhər mərkəzi istiqamətində;
Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində.
NİİM sürücülərə hərəkətlərini planlaşdırarkən mövcud yol vəziyyətini nəzərə almağı tövsiyə edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)