Argentinalı futbolçu Lukas Trexonun ailəsi Venesueladakı zəlzələdə faciəvi şəkildə həlak olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 74 saatlıq fasiləsiz axtarışlardan sonra 38 yaşlı müdafiəçinin xanımı və iki uşağının meyitləri dağıntılar altından çıxarılıb.
Bu barədə məlumat yayan "Maritimo" klubu futbolçusuna başsağlığı ünvanlayıb.
Hadisə baş verən vaxt Karakasdakı oyunda olan Trexo, qayıtdıqdan sonra evinin tamamilə yerlə-yeksan olduğunu görüb.
O, günlərdir ailəsinin tapılması üçün xilasedicilərə kömək edirdi.
Qeyd edək ki, fevral ayından Venesuelanın "Maritimo" klubunda oynayan müdafiəçi, daha əvvəl Argentina, Kolumbiya, Peru, ABŞ və Yunanıstan komandalarının da formasını geyinib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)