Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)

28 İyun 2026 19:21

Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.

Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)