Almaniya təyyarəsi Fransada qəzaya uğradı - Ölənlər var

28 İyun 2026 17:05

Fransanın şimal-şərqində Almaniyada qeydiyyatda olan "Pilatus" təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həyatını itirib.

Məlumata görə, ölənlər arasında təyyarənin pilotu, beş təlimçi və paraşüt idmanı ilə məşğul olan beş nəfər var.

Hadisədən sonra Fransanın daxili işlər naziri Loran Nunyes qəza yerinə gedərək vəziyyətlə yerində tanış olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)