Türkiyədə 40 min hektar meşə külə döndü

28 İyun 2026 16:30

Türkiyədə baş verən 3 min 224 meşə yanğınının böyük hissəsi insan səhlənkarlığı nəticəsində baş verib.

Milli.Az-ın TRT Haber-ə istinadən verdiyi məlumata görə, bu yanğınlar nəticəsində ümumilikdə 40 min 32 hektar meşə sahəsi külə dönüb.

Məlumatda bildirilir ki, son illərdə iqlim dəyişikliyi, havanın temperaturunun yüksəlməsi və rütubətin azalması meşə yanğınlarının sayının artmasına ciddi təsir göstərib.

Yanğınlar qəsd, səhlənkarlıq, qəza, təbii amillər və səbəbi müəyyən edilməyən hadisələr kimi təsnif edilir. Statistikaya əsasən, ən böyük zərər məhz səhlənkarlıqdan qaynaqlanan yanğınlar nəticəsində qeydə alınıb və 40 min 32 hektar meşə sahəsi məhv olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)