Harri Keyn Ronaldonun rekordunu geridə qoydu

28 İyun 2026 14:43

İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekordunu rəsmiləşdirib.

Dünya çempionatının qrup mərhələsinin III turunda Panama ilə keçirilən görüşdə fərqlənən 31 yaşlı forvard cari mövsümdə klubu və milli komandasının heyətində bütün turnirlər üzrə vurduğu qolların sayını 70-ə çatdırıb.

Bununla da Keyn bir mövsümdə ən çox qol vuran futbolçular sırasında Cristiano Ronaldonun 2011/2012 mövsümündəki 69 qolluq göstəricisini geridə qoyub.

Qeyd edək ki, "Nyu-York/Nyu-Cersi" stadionunda keçirilən qarşılaşma İngiltərə yığmasının Panama üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)