Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, Zaqatala rayon sakini, 37 yaşlı Şəhriyar Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. Hücum zamanı o, hər iki ayağından bıçaq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri və hücum edən şəxsin kimliyi araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)