Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər saatlarında bəzi ərazilərdə qısamüddətli az yağışın yağma ehtimalı var. Gün ərzində cənub-qərb küləyinin səhər saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı bildirilir.
Havanın temperaturu gecə 17-20°, gündüz isə 23-28° isti arasında dəyişəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə saatlarında 55-65 faiz təşkil edəcək.
Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış, şimşək və dolu ehtimalı olduğu bildirilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə edilə bilər. Qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-20°, gündüz 27-32°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 16-21°, bəzi yerlərdə isə 25-28° isti arasında dəyişəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)