Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk-na-Kuban neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilir.
Bu barədə Ukraynaya məxsus Teleqram kanalları məlumat yayıb.
İddialara görə, zərbələr nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Həmçinin elektrik təchizatı sistemi və qaz kəmərinin zədələndiyi qeyd olunur.
Hadisə ilə bağlı Rusiya rəsmilərinin rəsmi açıqlaması hələlik yayılmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)