Dünya çempionatında 1/16 final cütləri bəlli oldu

28 İyun 2026 09:15

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib.

J qrupunun son oyunlarından sonra pley-off mərhələsinin tam mənzərəsi formalaşıb və mundialın növbəti raundunda qarşılaşacaq komandalar rəsmiləşib.

1/16 final mərhələsinin oyun cədvəli:

28 iyun

23:00. Cənubi Afrika Respublikası - Kanada

29 iyun

21:00. Braziliya - Yaponiya

30 iyun

00:30. Almaniya - Paraqvay
05:00. Niderland - Mərakeş
21:00. Fildişi Sahili - Norveç

1 iyul

01:00. Fransa - İsveç
05:00. Meksika - Ekvador
20:00. İngiltərə - Konqo Demokratik Respublikası

2 iyul

00:00. Belçika - Seneqal
04:00. ABŞ - Bosniya və Herseqovina
23:00. İspaniya - Avstriya

3 iyul

03:00. Portuqaliya - Xorvatiya
07:00. İsveçrə - Əlcəzair
22:00. Avstraliya - Misir

4 iyul

02:00. Argentina - Kabo-Verde
05:30. Kolumbiya - Qana

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Yeni formata əsasən, hər qrupun ilk iki pilləsini tutan yığmalarla yanaşı, qruplarda üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da pley-off mərhələsinə yüksəlib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)