UFC: Nazim Sadıxov nakautla məğlub olub

27 İyun 2026 22:00

Bakıda keçirilən "UFC Fight Night: Fiziev vs. Torres" tədbiri davam edir.

Milli.Az-ın ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın növbəti döyüşündə Azərbaycan təmsilçisi oktaqona çıxıb.

Yüngül çəki dərəcəsində Nazim Sadıxov Braziliyadan olan Mateus Kamilo qarşılaşıb.

Təmsilçimiz ilk raunda aktiv başlayıb. Lakin hissənin ortalarında Kamilo nakautla qələbə qazanıb.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)