Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)

27 İyun 2026 21:06

Sosial şəbəkələrdə 63 yaşlı rusiyalı müğənni, Xalq artisti Qriqori Lepsin yeni fotosu müzakirə olunur.

Milli.Az xəbər verir ki, izləyicilər onun yaxın vaxtlarda plastik əməliyyat etdirdiyini düşünürlər.

"Lepsə üzgərmə əməliyyatı ediblər? Şişlik keçəcək və əla olacaq", "Qriqori Viktoroviç yaxşı edib, hələ bir az şiş var, amma iki aydan sonra super olacaq", "Leps plastik əməliyyat etdirib?" - deyə insanlar musiqiçinin yeni fotosunun altına yazırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)