Şamaxının Qəleybuğurd kəndindən keçən Ağsu çayının daşması nəticəsində hərəkət tamamilə dayanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağışlardan sonra yaranan sel səbəbindən infrastruktur iflic olub, insanlar yollarda çarəsiz vəziyyətdə qalıblar. Ərazidə nəqliyyatın hərəkəti qeyri-mümkün olduğundan vətəndaşlar traktorlar sayəsində çayı keçməyə çalışırlar.
Həmin görüntüləri təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)