Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilkin qarşılaşmalar başa çatıb.
Milli.Az-ın məlumatına görə, yeddinci görüşdə Azərbaycan təmsilçisi Fərman Həsənov (77,33) ABŞ-dən olan Erik Nolanla (77,33) üz-üzə gəlib.
Yarımorta çəkidəki döyüşdə sevinən tərəf F. Həsənov olub.
O, üç raundun yekununda rəqibinu məğlubiyyətə uğradıb.
---------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Milli.Az-n məlumatına görə, altıncı qarşılaşmada Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev (93,44) ABŞ-dən olan Culius Uolkerlə (93,44) üz-üzə gəlib.
Yarım ağır çəkidəki döyüşdə Abdul Rahman Yahyaev qalib gəlib.
O, birinci raundun ilk saniyələrində vaxtından əvvəl nokautla qələbəni bayram edib.
----------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Milli.Az-ın məlumatına görə, beşinci qarşılaşmada özbəkistanlı Nursulton Ruziboev (84,36) Rusiya təmsilçisi Andrey Pulyaevlə (84,36) üz-üzə gəlib.
Orta çəkidəki döyüş Özbəkistan idmançısının qələbəsi ilə yekunlaşıb.
O, ilk raundda boğucu fəndlə rəqibini təslim olmağa məcbur edib.
----------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Milli.Az-ın məlumatına görə, dördüncü qarşılaşmada Avstraliyanı təmsil edən Kaan Ofli (66,22) kolumbiyalı Xavyer Reyeslə (65,99) üz-üzə gəlib.
Yarım yüngül çəkidəki döyüşdə əslən türkiyəli olan Kaan Ofli rəqibindən güclü olub. O, birinci raundda X. Reyesi boğucu fəndlə təslim olmağa məcbur edib.
-----------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Milli.Az-ın məlumatına görə, üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77,44) İsveçdən olan Teodor Berggenlə (77,56) münasibətlərə aydınlıq gətirib.
Yarımorta çəkidəki döyüşdə ukraynalı idmançı qələbə qazanıb. O, ikinci raundda vaxtından əvvəl rəqibini məğlub edib.
------------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Milli.Az-ın məlumatına görə, ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almakhan (61,68) Braziliyadan olan Jan Matsumoto (61,46) ilə üz-üzə gəlib.
Ən yüngül çəkidəki qarşılaşmada braziliyalı idmançı qələbəyə sevinib.
O, üç raundun yekununda hakimlərin qərarı ilə qalib gəlib.
Daha əvvəl Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı Ceferson Nasimentonu məğlub edib.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
------------
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.
Milli.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasındakı yarış saat 17:00-da start götürüb.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)