Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib

27 İyun 2026 19:39

Tovuzda qəza ölən və xəsarət alanların adları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimovdur. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir.

Qeyd edək ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)