Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib

27 İyun 2026 18:33

Əfqanıstanın Hinduquş dağlarında 6,1 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 174 km şərqdə yerləşib. Ocaq 201 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)