İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Cəbəl Əli limanı vasitəsilə həyata keçirilən ticarət əlaqələri yenidən bərpa edilib.
Milli.Az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, İranın Ticarətin İnkişafı Təşkilatının Ticarət Xidmətləri üzrə direktor müavini Cəbəl Əli limanı üzərindən iki ölkə arasında ticarət əməliyyatlarının yenidən başladığını açıqlayıb.
Qeyd edək ki, Cəbəl Əli limanı BƏƏ-nin ən iri dəniz limanlarından biri olmaqla yanaşı, İranla ticarətdə əsas tranzit qovşaqlarından hesab olunur. İki ölkə arasında yükdaşımalarının əhəmiyyətli hissəsi məhz bu liman vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, 28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail hərbi əməliyyatları fonunda Cəbəl Əli limanı vasitəsilə İranla aparılan ticarət əməliyyatları dayandırılmışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)