Hörmüz boğazında tankerə hücum edildi

27 İyun 2026 15:21

Hörmüz boğazında tanker hücuma məruz qalıb.

Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında üzən tankerlərdən birinə hücum edildiyini açıqlayıb.

Məlumata görə, gəminin kapitanı tankerin naməlum mərmi ilə vurulduğunu bildirib. Hücum nəticəsində gəminin gövdəsinə ziyan dəyib. Hadisəni törədən tərəfin kimliyi hələlik müəyyən edilməyib.

Qeyd olunub ki, insident zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb. İyunun 19-dan etibarən isə əvvəlcədən sorğu göndərən gəmilər üçün Hörmüz boğazında hərəkət bərpa olunub. Dünən ABŞ Prezidenti Donald Tramp İranı bölgədə atəşkəsi pozmaqda ittiham edib. UKMTO isə boğazda minaların qalması təhlükəsi ilə bağlı xəbərdarlıq edərək, gəmilərə keçid zamanı cənub marşrutundan istifadə etməyi tövsiyə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)