Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu

27 İyun 2026 15:03

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova açıqlama verib.

Onun sözlərinə görə, tərəflər arasında keçirilən mübadilə nəticəsində Ukraynadan 7 Rusiya vətəndaşı geri qaytarılıb. Onlardan beşi Kursk vilayətinin, o cümlədən Sudja şəhərinin sakinləri, digər ikisi isə Rusiyanın başqa bölgələrində yaşayır.

Lantratova bildirib ki, eyni zamanda 7 Ukrayna vətəndaşı da qarşı tərəfə təhvil verilib.

Xatırladaq ki, ötən gün Rusiya və Ukrayna arasında 160 nəfərin 160 nəfərə formatında hərbi əsir mübadiləsi həyata keçirilmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)