Şabran rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyev itkin düşdükdən sonra aparılan axtarışlar nəticəsində onun meyiti kənddəki göldə tapılıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)