Polis əməkdaşlarının iyunun 26-da ölkə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra cinayətlərin qarşısı alınıb, axtarışda olan şəxslər saxlanılıb və külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Milli.Az xəbər verir ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri zamanı dələduzluq cinayətinə görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)