Xəbər verdiyimiz kimi, türk kinosunun tanınmış simalarından olan Kadir İnanır 77 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, aktyorun qardaşı oğlu Levent İnanır xəstəxana qarşısında jurnalistlərə açıqlamasında əmisinin xüsusi vəsiyyətinin və ya son istəyinin olmadığını bildirib.

Onun sözlərinə görə, Kadir İnanır uzun illər ciddi sağlamlıq problemləri ilə mübarizə aparıb və son dövrlərdə orqanlarında yaranan problemlər səbəbindən vəziyyəti ağırlaşıb. Levent İnanır bildirib ki, aktyor həm fiziki, həm də mənəvi cəhətdən çox yorulmuşdu.
Qardaşı oğlu həmçinin Kadir İnanırın vaxtilə dediyi "Mən bir gün öləndə Türkiyədə hər evdə yas olacaq" sözlərini xatırladaraq, onun xalq tərəfindən nə qədər sevildiyini bu günlərdə bir daha gördüklərini qeyd edib.
Qeyd edək ki, mərhum aktyor üçün iyunun 28-də İstanbulda yerləşən Muhsin Ertuğrul səhnəsində vida mərasimi keçiriləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)