Pakistanda güclü zəlzələ oldu

27 İyun 2026 10:15

Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.

Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)