Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq

27 İyun 2026 09:20

Milli Hidrometeorologiya Xidməti yaxın saatlarda gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayıb.

Qurumun məlumatına görə, yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışı ilə yanaşı, dolu düşəcəyi ehtimal olunur.

Xatırladaq ki, iyunun 27-28-də Bakı və Abşeron yarımadası, eləcə də ölkənin bir sıra bölgələri üçün güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq qüvvədədir.

Narıncı xəbərdarlığa əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı və Qobustan rayonlarında şimal-qərb küləyinin sürəti 20,8-28,4 m/s-dək güclənəcək.

Ölkənin digər ərazilərində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 m/s təşkil edəcək. Vətəndaşlara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)