Türkiyədə fabrikdə yanğınla müşayiət olunan partlayış baş verib.
Milli.Az-ın xəbərinə görə, hadisə Niğdenin Bor rayonunda yerləşən fişəng fabrikində qeydə alınıb.
Hadisə nəticəsində 1 işçi həyatını itirib, 1 işçi isə ağır yaralanıb. Yanğınsöndürənlər partlayışdan sonra fabrikdə başlayan yanğını nəzarət altına alıblar.
Qeyd edək ki, eyni fabrikdə 27 yanvar 2018-ci ildə də partlayış baş vermiş və həmin hadisə zamanı 2 nəfər həyatını itirmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)