Elman Himayətoğluna "Zirə"də vəzifə verildi

26 İyun 2026 18:35

"Zirə" Peşəkar Futbol Klubunda (PFK) kadr dəyişikliyi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Zirə" özü məlumat yayıb.

Bildirilib ki, klubun baş meneceri Elman Himayətoğlu bundan sonra idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Elman Himayətoğlu 2015-ci ildən "Zirə" PFK-da çalışır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)