Yaponiyada 5,6 maqnitudalı zəlzələ olub

26 İyun 2026 18:17

Yaponiyanın Honşu adasının cənub sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında deyilir.

Zəlzələ ocağı 20 km dərinlikdə yerləşib. Tokio yaxınlığındakı güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.

Yeraltı təkan 561 min əhalisi olan Haçiojidən 24 km cənub-qərbdə, Otsukidən (əhalisi: 31,2 min) isə 10 km cənub-şərqdə baş verib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)