İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı - Yenilənib - (Video)

26 İyun 2026 18:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

--------

İsmayıllı rayonunda gəncin su kanalında batması ilə nəticələnən hadisə baş verib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb.

Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)